KANAL24 ONLINE TV

Azərbaycan daha bir beynəlxalq idman yarışına ev sahibliyi edəcək

2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Bakıda keçiriləcək

Bu barədə Azərbaycan paytaxtında səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) müvəqqəti prezidenti Yanes Kosyançiç açıqlama verib. 

O bildirib ki, EYOF-un 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Lakin Y.Kosyançiç hələ rəsmi müqavilənin imzalanmadığını əlavə edib. 

EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını açıqlayıb. 

Qeyd edək ki, EYOF 16 - 18 yaşlı idmançılar arasında təşkil olunur. Bu il Macarıstanda keçiriləcək tədbir festivalın 25 illlik yubileyinə təsadüf edəcək.


22:03 10.01.2017