KANAL24 ONLINE TV
Az Iw En Ru

Qadınlar hazır olun:Artıq ayaqqabılarınızı telefonla idarə edəcəksiniz

Dünyanın ən böyük texnologiya sərgisi CES 2017-də Fransanın "Zhor-Tech" şirkəti tərəfindən qadınlar üçün "ağıllı" dikdaban ayaqqabı nümayiş etdirilib.

"Bluetooth" texnologiyasından istifadə etməklə mobil telefon vasitəsilə bu yeni nəsil ayaqqabıların həm daxili istiliyini, həm də dabanlarının hündürlüyünü dəyişmək mümkündür.

Qiyməti 299 dollar müəyyən edilən ayaqqabıların satışa çıxarılacağı tarix hələ məlum deyil.


13:33 10.01.2017