KANAL24 ONLINE TV
Az Iw En Ru

Azərbaycan OPEC-in Vyanada iclasına dəvət almayıb

Azərbaycan Energetika Nazirliyi OPEC-in hasilatın azaldılması üzrə Monitorinq Komitəsinin yanvarın 21-22-də Vyanada keçiriləcək iclasına dəvət edilməyib.

Həmin tədbirə OPEC üzvü olmayan ölkələrdən Rusiya Energetika Nazirliyi dəvət alıb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Rusiya həmin komitənin yaradılmasının əsas təşəbbüskarlarından biri olduğu üçün bu ölkənin Vyana toplantısına dəvət alması normaldır.


12:56 10.01.2017