KANAL24.AZ
Az Iw En Ru

Peyğəmbərimizin (s.ə.s) nəsihətləri

- Sözlərin ən doğrusu Allahın kitabı, yapışılacaq ən möhkəm dəstək təqvadır (ən kiçik məsələdə belə, Allahdan qorxaraq, dinin buyruqlarına əməl etmək).

- Dinlərin ən xeyirlisi İslamdır.

- Yolların ən xeyirlisi Hz. Məhəmmədin (s.ə.s.) yoludur.

- Sözlərin ən şərəflisi zikrullahdır (Allahın adını çəkmək).

- Qissələrin ən gözəli Quranda nəql edilənlərdir.

- Ən gözəl gedişat (yol) peyğəmbərlərin yoludur.

- Ən gözəl ölüm şəhidlərin ölümüdür.

- Ən qatı korluq doğru yolda olduqdan sonra ondan sapmaqdır.

- Ən xeyirli elm faydalı olandır.

- Korluğun pisi qəlb korluğudur.

- Verən əl alan əldən üstündür.

- Faydasız bəhanə ölüm anında söylənəndir.

- Peşmanlığın pisi Qiyamət günü yaşanandır.

- Yanlışları ən çox olan dili çoxlu yalan söyləyəndir.

- Xeyirli zənginlik göz toxluğudur.

- Ən xeyirli qida təqvadır.

- Hikmətin başı Allah qorxusudur...


23:25 09.01.2017