KANAL24.AZ
Az Iw En Ru

Mübariz Mənsimovdan Nazirliyə hədiyyə

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.

Nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən “Palmali”yə aid “DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.

Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən neftçilərin axtarışına da tövhə verəcəyi istisna deyil.

Razılaşma predmeti olan “DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. 

Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.


22:36 09.01.2017