KANAL24 ONLINE TV
Az Iw En Ru

Vitse-prezidentlərin təyinatı başlayır - İlham Əliyev fərman verəcək

Bu ayın sonuna kimi Azərbaycanda vitse-prezidentlərin təyinatı baş tutacaq. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbərdə qeyd olunur ki, artıq son Konstitusiya dəyişikliyindən sonra Nazilər Kabineti və Prezident Administrasiyasında müvafiq hüquqi sənədlərin hazırlanması prosesi başa çatıb.

Vitse-prezidentlərin kimliyinə gəlincə, mənbəmiz ortada bir neçə şəxsin namizədliyinin olduğunu deyib. Onlar arasında baş nazirin müavinləri Əli Həsənov və Əli Əhmədovun adı çəkilir.

Saytımızın araşdırması zamanı hakim Yeni Azərbaycan Partiyasında da vitse-prezidentlərin kimliyi ilə bağlı hər hansı bir müzakirənin aparılmadığı bəlli olub.(Gununsesi.info)

ali-hasanov-bas-1

 


11:34 09.01.2017