KANAL24.AZ
Az Iw En Ru

İzmirdəki terrordan sağ çıxan polis

İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində ağır yaralanan polislərdən birindən xəbər var.

10 yaralıdan biri olan Mehmet Ali Gökçenin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bomba yüklü avtomobillə törədilən partlayışda əlləri, üzü və saçları yanan Gökçenin, sağ ayaq baş barmağı parçalanmışdı. Həkimlər onun sağ qalacağına ümid etmirdilər. Hazırda polisin həyati təhlükəsi qalmayıb. Bunu polisin xəstəxanadan paylaşılan şəklində aydın görmək mümkündür. Şəkildə diqqəti çəkən daha bir məqam polisin əli ilə türk millətçilərinin işarəsi olan "bozqurd" işarəsi tutmasıdır.

Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.


16:41 08.01.2017