KANAL24.AZ
Az Iw En Ru

Trampın səbirsizliklə gözlədiyi görüş

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yazda Vaşinqtonda baş tutacaq Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir.

Tramp bunu öz "Twitter" hesabında yazıb.

"Mən yazda Vaşinqtonda baş tutacaq baş nazir Tereza Mey ilə görüşü səbirsizliklə gözləyirəm. Böyük Britaniya ABŞ-ın çoxdankı və xüsusi mütəffiqidir", - Tramp "Twitter" yazıb.

Qeyd edək ki, cümə günü məlum olub ki, britaniyalı siyasətçi prezident Donald Tramp ilə görüş üçün ABŞ-a səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır.


16:37 08.01.2017