KANAL24.AZ
Az Iw En Ru

Təyyarə məcburi eniş etdi

"Air Canada"ya məxsus "Airbus A319" sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vinnipeqada (Manitoba əyaləti) məcburi eniş edib.

TTASS" agentliyinin verdiyi məlumata görə, təyyarə Fort-Makmürreydən (Alberta əyaləti) Torontoya (Ontario əyaləti) uçurdu. Təyyarə havada olan zaman mühərriklərdən birində problem yaranıb.

"Air Canada"nın nümayəndəsi Con Riber bildirib ki, təyyarə uğurla Vinnipeqanın hava limanında enib.

Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar bildirilmir.


15:58 08.01.2017
Xəbər lenti
Bütün xəbərlər