KANAL24.AZ
Az Iw En Ru

Məşhur telekanalın baş direktorunun başından vurdular

Gürcüstan Daxili İşlər Nazirliyində yanvarın 7-də Tbilisidəki restoranlardan birində “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiyanın döyülməsi ilə bağlı cinayət işi qaldırılıb.

Qvaramiya deyib ki, restoranın zalında qəflətən işıqlar söndürülüb və kimsə onun başına ağır əşya ilə zərbə endirib.

Onun sözlərinə görə, onunla bir masa arxasında oturmuş dostu da hücuma məruz qalıb.

“Düşünürəm ki, hücum edənləri polis üçün tapmaq elə də çətin olmayacaq, Ona görə ki, restoranda müşahidə kameraları işləyir. Hər şey edəcəyəm ki, cinayətkarlar cəzalarını alsınlar”, - Qvaramiya deyib. (İstiPress)


07:51 08.01.2017
Xəbər lenti
Bütün xəbərlər