KANAL24.AZ
Az Iw En Ru

Mirəli Qaşqay - 110 - Görkəmli geoloqun doğum günüdür

Bu gün görkəmli geoloq Mirəli Qaşqayın doğum günüdür.

Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci ildə də Gəncə şəhərində anadan olub.

1934-cü İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair namizədlik dissertasiyası, 1942-ci ildə isə "Azərbaycanın əsasi və ultraəsəsi süxurları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənib,  Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürüb.  Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsini tərtib etməyə əsas verib.

O, Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını və Kəlbəcərdə perlit yatağını açıb. Akademik M.Ə.Qaşqay filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. M.Ə.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olub. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb.

Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaradıb. Onun rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilib. İstedadlı alim 600-dən çox elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.  "Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. 

M.Qaşqay 1977-ci il aprelin 23-də Bakıda vəfat edib.


20:21 07.01.2017
Xəbər lenti
Bütün xəbərlər