KANAL24.AZ
Az Iw En Ru

10 yaşlı Nuraya zor tətbiq edən məmur DANIŞDI

Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri - məhkəmə icraçısı Ümid Məsimov  danışıb.

Məsimov bildirib ki, Nuraya qarşı heç bir kobudluq edilməyib:

"Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq.

Biz məhkəmə qərarını icra etmişik. Məcburi icra orqanı olduğumuzdan orada kobudluğun olduğunu demək olmaz".

Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası Əvəz Bayramova verilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib.(ölkə.az)


19:41 07.01.2017