KANAL24.AZ
Az Iw En Ru

“Təki Allah bizi kişilərdən xilas etsin” -REKORD sayda baxışı olan video

Səudiyyə Ərəbistanda qadınlara qarşı ayrı-seçkiliyə diqqəti cəlb edən musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.

BBC-i xəbər verir ki, “Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərilir.

“8ies” media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu üç milyondan çox insan izləyib.

Mahnının sözlərində “təki Allah bizi kişilərdən xilas etsin” ifadələri var.

Video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.


16:23 07.01.2017