KANAL24.AZ
Az Iw En Ru

AMEA prezidenti: Akademiya özəl elmi müəssisələrin yaradılmasından ehtiyat etməyəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) özəl elmi müəssisələrin yaradılmasından ehtiyat etməyəcək.

Kanal24.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti Akif Әlizadə “Elm haqqında” qanun layihəsində özəl elmi müəssisələrin yaradılması ilə bağlı salınan məsələyə münasibət bildirərkən deyib.

Akademiya prezidenti bildirib ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsi hələ Milli Məclisdə və AMEA-da müzakirə olunacaq: “Milli Məclis özəl elmi müəssisələrin yaradılması barədə qərar qəbul etsə, ölkə prezidenti də onu təsdiqləsə ki, onda qoy özəl elmi müəssisələr yaradılsın. Amma onu deyim ki, özəl elmi müəssisələr yaransa da, akademiya onlardan ehtiyat etməyəcək. Onlar Azərbaycan alimləridir, gedib orada çalışacaqlar, tədqiqatlar aparacaqlar”.

A.Əlizadə hesab edir ki, özəl elmi müəssisələrin yaradılması akademiyanın işini asanlaşdıracaq. Çünki akademiya onlarla koordinasiyalı şəkildə işləyəcək: “İnanmıram ki, o özəl müəssisələr akademiyanın səviyyəsinə çata bilsinlər. Onlar sırf bir istiqaməti əhatə edəcəklər, dar çərçivədə olacaqlar. Tutaq ki, hansısa aqrar, hansısa sənaye istiqaməti üzrə fəaliyyət göstərəcək”.


01:20 15.01.2015