KANAL24 ONLINE TV

israilin yeni kəşfi-süni intellekt

Dəfələrlə avtomobil sürücüsünün öz avtomobilinin səsinə qulaq asaraq "deyəsən, mühərrikdə problem var" deməsinin şahidi olmuşuq. İsrailin "3DSignals" şirkətinin süni intellekti artıq  bu məsələlərlə məşğul olacaq.

Onlar tərəfindən yaradılmış dərin kompüter təlimi prinsiplərindən istifadə edən süni intellekt sistemi mexanizmlərdən çıxan səsləri dinləyərək onlarda nasazlıq əlamətləri axtarır.

"3DSignals" şirkətinin mütəxəssisləri tərəfindən lazımi avadanlığa (avtomobilin mühərriki və ya quraşdırma konveyeri) quraşdırılan ultrasəs mikrofonları 0-100 KHs diapazonunda akustik titrəyişləri qeydə almaq qabiliyyətinə malikdir. Bu mikrofonlar tərəfindən toplanılmış məlumatlar "bulud" xidmətinə ötürülür və qlobal neyron şəbəkəsi onların işlənməsi ilə məşğul olur. Sistem titrəyişlərin normal göstəricilərdən fərqliliyi zamanı nasazlıq tipini aşkar edərək nəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir.

İndi "3DSignals"  artıq ağır sənaye sektorunun bir neçə şirkəti ilə əməkdaşlıq edir və gələcəkdə sürücüsüz hərəkət edən taksi şəbəkələri işə salmağı planlaşdıran firmalarla danışıqlar aparır.


09:00 07.01.2017