KANAL24.AZ
Az Iw En Ru

Məşhur obrazların naməlum müəllifləri- Rus Əhməd, Qazan xan, Davud...

Sizə bu yazıda Azərbaycan kino tarixinə düşən məşhur obrazları canlandırmaqlarına baxmayaraq, özləri naməlum qalan, bu gün çox az kəsim tərəfindən tanınan aktyorların bəzilərini təqdim edirik:
 
 
Rus Əhməd – İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkilən “Dəli Kür” filmində əsas personajlardan birini-Rus Əhmədi canlandıran Eldar Əliyev təəssüf ki, sənətdə layiqli qiymətini almadı. 
Rus Dram, Musiqili Kоmediya və Leninqrad Dövlət Musiqili Kоmediya Teatrında rejissor kimi tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı оlan “Azadlıq şirin sözdür” filmində rəngarəng оbrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib.
 
Image result for dəli kür filmi
Qazan Xan – “Dədə Qordud” filmində əsas qəhrəmanlarından birini –Qazan xanı canlandıran Həşim Qadoyev ölkəsi Tacikistanda, qismən də, SSRİ miqyasında tanınmış aktyor olub. Lakin Azərbaycan tamaşaçısı üçün onun yaratdığı Qazan xan obrazı çox məşhur olsa da, özü sonradan bizim tamaşaçılar üçün naməlum müəllifə çevrildi. Həşim Qadoyev sonra da Azərbaycanda bir neçə filmə dəvət aldı.
 
 
Image result for dədə qorqud filmi
Sərvər- Cəmi iki filmdə- “O olmasın, bu olsun”, “Görüş”- əsas qəhrəmanları canlandıran Arif Mirzəquliyev Azərbaycan kino tarixində qalmağı bacarsa da,  özü obrazları qədər məşhur olmadı. İxtisasca həkim olan Arif Mirzəquliyev sonradan sənətdən uzaqlaşdı və ömrünün sonuna kimi həkim vəzifəsində çalışdı.
 
Image result for məşədi ibad  qorqud filmi
Rüstəm - Məşhur “Əhməd haradadır” filminin əsas Əhmədi olan Səyavuş Şəfiyevin kinodakı ən böyük uğuru “Uşaqlığın son gecəsi” filmidir. Bəziləri bəlkə də, Şəfiyevin naməlum müəllif kimi qeyd olunma faktı ilə razılaşmayacaq. Amma sonradan Rusiyaya gedən və potensialını sirk sahəsinə yönəldən Siyavuş Şəfiyev kinodan tamamilə uzaqlaşdı.
 
Image result for səyavuş şəfiyev
Yastı Salman- “Böyük dayaq” filmində maraqlı obraz yaradan Firudin Mehdiyev ixtisasca opera müğənnisi olub. Səhnədə bir çox rolları canlandırıb. Kinodakı ən məşhur rolu isə Salmandır. Gözəl səsə sahib, həmçinin, pedaqoji fəaliyyətlə məşğul olan  Firudin Mehdiyev filmdə göstərdiyi yüksək aktyorluq qabiliyyəti ilə hamını təəccübləndirmişdi. Lakin çox təəssüflər olsun, indiki gənc nəsil Salman obrazını  dəfələrlə izləsələr də, Firudin Mehdiyevi tanımır.
 
Image result for böyük dayaq
Qədir- “Ulduz” filminin məşhur anti-qəhrəmanı olan kolxoz sədri Qədiri aktyor Bahadur Əliyev canlandırıb. Təəssüf ki, kinodakı xidmətləri müqabilində aktyor layiqli qiymətini ala bilmədi. O, sıradan, cəmi bir-iki rol oynayaraq, kinodan uzaqlaşan  aktyorlardan deyildi. Hər zaman sənəti naminə ən epizodik rollara belə qane olurdu. Beləcə, irili-xırdalı, 78 filmə çəkildi. Bu gün Bahadır Əliyev çox da xatırlanmır. “Ulduz” filmindəki Qədirin aktyor Bahadırdan daha məşhur olması fikri ilə siz də razılaşarsız.
 
Image result for ulduz filmi
Davud –Yenə də “Uşaqlığın son gecəsi” filminə gəlib çıxdıq. Davud obrazın filmin əsas duzudur, desək, yanılmarıq. “Söhbət bit kilo sosiskada deyil, adam gərək “vnimatelni” ola”, deyən Davudu Məmmədsadıq Nuriyev canlandırıb. Yaını oxuyanlardan bəziləri bu adı bəlkə də, ik dəfə eşidəcəklər. Amma Davudu hamı tanıyır. Məmmədsadıq Nuriyevin ikinci şah əsəri isə birmənalı şəkildə hamının tanıdığı, çoxlarının sevimlisi olan oğlu Yaşar Nuridir. 
 
Image result for uşaqlığın son gecəsi  filmi
Maya– “Böyük dayaq” filmindəki Maya bacını, “Ulduz”dakı eyniadlı əsas qəhrəmanı dəfələrlə izləmişik. Həmin iki obrazı canlandıran Tamilla Rüstəmova sonradan Moskvaya gedərək Azərbaycan kinosu ilə vidalaşdı.
 
Image result for tamilla rüstəmova
 
Elmin Nuri

04:38 06.01.2017
Xəbər lenti
Bütün xəbərlər