KANAL24.AZ
Az Iw En Ru

Bölgələr paytaxtı üstəldi - NAZİRLİK

Respublika fənn olimpiyadalarının qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib.

Bu barədə Təhsil Nazirliyinin 2016-cı il hesabatında deyilib.

Hesabatda bildirilib ki, Respublika fənn olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb: “İştirakçıların sayı 27 500 nəfər olub. Ötən il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb”.

Hesabtda qeyd olunub ki, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.

Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.


22:40 05.01.2017