KANAL 24 İnternet Televiziyası
  • :
  • :

“Dərs” filmi Dəkkə Beynəlxalq Film Festivalında göstəriləcək


Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi XV Dəkkə Beynəlxalq Film Festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb. Festival yanvarın 12-20-də Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.

“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kino studiyasında lentə alınıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusun 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi, həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərovdur.


11:46 05.01.2017
Son xəbərlər