KANAL24.AZ
Az Iw En Ru

İnsan bədənində yeni orqan kəşf edildi - FOTO

İnsanın həzm sistemində gizlənmiş yeni bir orqan kəşf edilib.

"Bağırsaq kəməri", ya da "mezenter" olaraq adlandırılan orqanın hələ funksiyası və quruluşuyla əlaqədar ətraflı məlumat əldə edilməyib.

 

 

Yeni kəşf edilən orqanın əvvəllər insan bədənindəki parçalanmış hüceyrələrin bir yerə yığılması nəticəsində meydana gəldiyi düşünülürdü.

Ancaq Lanset Qastroenterologiya və Hepatologiya jurnalında nəşr olunan məqalədə tədqiqatçılar mezenterin bir parçadan ibarət olan orqan olduğunu açıqlayıblar.

Mezenter qarın pərdəsinin ikiyə qatlanmış, qarın boşluğunu örtən və hər şeyi bir arada saxlayan yeni bir orqan olaraq təyin olunur. Bu yeni orqanla insan orqanlarının ümumi sayı 79-a çatıb.


20:47 04.01.2017