KANAL24.AZ
Az Iw En Ru

Salamatlığa görə şükür etmək, bəlaya görə səbir etməkdən daha yaxşıdır

İnsan dua etməyin yolunu gərək Məsumlardan (ə) öyrənsin.

İmam Rza (ə) cəddindən nəql edir ki, bir gün Həzrət Zeynəlabidin (ə) Məscidul-Həramda ibadətlə məşğul idi ki, görür bir nəfər Kəbəni təvaf edərək, Allahdan səbir istəyir. Həzrət (ə) mübarək əli ilə onun çiyninə vurur və buyurur:"Bu dua ilə Allahdan bəla istəyirsən".
Səbirin üç növü vardır: itaətə səbir etmək, günaha səbir etmək, müsibətə səbir etmək. İnsan o zaman ki, Allahdan səbir istəyər, demək istəyir ki, mənə gələn bəlalara dözmək üçün səbir ver. Məlum olur ki, insan bəlanın sorağına gedir və o sahədə dua edir. Allahdan durum istəyir ki, dözümü asan olsun. Həzrət (ə) belə bir şəxsə buyurur: "Sən Allahdan bəla istəyirsən ki, belə dua edirsən? Bu duanın yerinə de: "Allahım, mən Səndən afiyət (salamatlıq) və afiyətə görə şükür etməyi istəyirəm"". (Erfan)
Bu dua, göründüyü kimi, bəlanın tam əksidir və hətta şükür etmək tövfiqi də istəyirsən. Yəni, mənə həm salamatlıq ver və həm də bu salamatlığa görə şükür etmək tövfiqi ver.
Həzrət (ə) sonra buyurur: "Allahın verdiyi salamatlığa görə şükür etmək, bəlaya görə səbir etməkdən daha yaxşıdır".
Çünki bəla gələn zaman insanın çarəsi olmaz. Artıq bəla gəlibdir. Belə bir bəlaya səbir etməyin dəyəri çox da yüksək deyildir. Əgər bu bəlaya görə sızlamasan, elə o qədər də əcrin olacaqdır.
Ancaq o yerdə ki, Allah sənə salamatlıq verər, şükür etmək sənin ixtiyarındadır. Sənə təzyiq də göstərməz. Belə bir şükrün dəyəri müsibətə görə səbir etməyin dəyərindən çox üstündür.
Ona görə də hər birimiz gərək dua etməyin yolunu Məsumlardan (ə) öyrənək. Biz necə dua edəcəyimizi bilmirik. Bu, Məsumlardır (ə) ki, bizə dua mədəniyyətini öyrədirlər. Elə ona görə də İmam Səccad (ə) buyurur ki, sən hara, müsibətə səbir etmək hara. Get Allahdan afiyət istə. Sonra da sənə verdiyi bu salamatlığa görə şükür et ki, bu şükür həmin salamatlığın artmasına da səbəb olar.


06:58 04.01.2017
Xəbər lenti
Bütün xəbərlər