KANAL24 ONLINE TV
Az Iw En Ru

Məşhur yazıçı vəfat etdi - İlin ilk üzücü xəbəri...

Yeni ilin ilk üzücü xəbəri İngiltərdən gəlib. Belə ki, məşhur ingilis yazıçı Con Berqer 90 yaşında dünyasını dəyişib.

Karyerasına rəssam olaraq başlayan Con Berqerin əsərləri 1940-cı illərin sonlarında Londonda bir çox sərgidə nümayiş etdirilib. 

Con Berqerin "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanıb. O, ən məşhur ingilis tənqidçilərindən biridir.

Qeyd edək ki, Con Berqerin ilk romanı "Zamanımızın bir rəssamı" (A Painter of our Time) adlanır və 1958-ci ildə çap olunub.

Kitabları:

"Şanslı adam" (A Fortunate Man)

"İncəsənət və inqilab" (Art and Revolution)

"Görmə tərzləri" (Ways of Seeing)

"Yeddinci adam" (A Seventh Man)

"Pikassonun uğuru və uğursuzluğu" (The Success and Failure of Picasso)

"G"

"Və Üzlərimiz, Ürəyimiz, Şəkillər qədər qısa" (And Our Faces, My Heart, Brief as Photos)

"Fotokopiyalar" (Photocopies)

"Toya" (To the Wedding)

"Kral" (King)


08:51 03.01.2017