KANAL24 ONLINE TV
Az Iw En Ru

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız - FOTOLAR

Geridə qoyduğumuz 2016-cı ildə bir çox məşhurlar nişanlandı, toy etdi, bir çoxu isə qurduğu ailəni dağıtdı.

ATV.az ötən il ailə quran və ayrılan məşhurların siyahısını təqdim edir:

Ayrılanlar:

Lətifə Soyuöz - Müğənni 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Cütlüyün bu evlilikdən bir oğlan övladı var.

Fuad Əlişov - Rejissor aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşandı. Onların üç övladı var.

Cavid Hüseyn - İki övladı olan müğənni, bəstəkar xanımı Sevinc Ağasıyevadan ayrıldı. 

Sevda Ələkbərzadə - Əməkdar artist həyat yoldaşı Kamiyardan ayrıldı. 

Dilarə Kazımova - Tanınmış müğənni də ötən il ailə həyatına son qoyanlar sırasındadır. O, türkiyəli əri Mert Aslanla ayrıldı. 

Ailə quranlar:

Elçin Cəfərov - Gənc müğənni keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurdu. 

Azər İsmayılov - Aparıcı ikinci dəfə ailə qurdu.O, Nəcibə adlı xanımla nikaha daxil oldu.

Aytac Vidadiqızı - Gənc müğənni Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurdu.

Fərid Məmmədov - Ötən il ailə quranlar arasında "Eurovision" təmsilçilərimiz də var.

Nicat Əli -  Musiqili Teatrın aktyoru da 2016-cı ildə subaylığa əlvida dedi.

Ruslan Abışov - Tanınmış futbolçu da ötən il ailə quranlar sırasındadır.

Rafael Ağayev -  Beşqat dünya çempionumuz ötən ilin iyun ayında özünə toy etdi.

Nişanlananlar:

İlkin Həsəni - Sevilən aparıcı ATV-də çalışan Aysel adlı xanımla nişanlandı.

Natavan Həbibi - Müğənni bu yaxınlarda nişanlandığını açıqladı.

Günel Zeynalova (Azəri qızı) - O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.


18:32 01.01.2017