KANAL24.AZ
Az Iw En Ru

"İDEAL-”ın baş direktoru istefa verdi

Məşhur parfum və kosmetika mağazaları şəbəkəsi "İDEAL"ın baş direktoru İlqar İsmayılov istefa verib.

Bu haqda İsmayılov özü məlumat verib. O qeyd edib ki, mənəvi dəyərlərimi qorumaq üçün bu addımı atmalı olub:

"Sevimli "İdeal" ailəsi, əziz və dəyərli dostlarım! Yeni ilinizi təbrik edirəm. Sizi tanıdığıma, 18 il boyunca sizlə birlikdə çalışdığıma görə Allaha çox şükürlər edirəm.

Əzizlərim, doğmalarım! Sizlərlə bir qərarımı bölüşmək istəyirəm, yazmağı belə ağır olsa da. Qısa 1 zaman kəsiyində "İdeal" şirkətinin baş direktoru vəzifəsindən istefa vermək qərarını verdim. Səbəblər müxtəlifdir, ən əsası-mənəvi dəyərlərimi qorumaq vacibiyyətindən qaynaqlanır.

Qərarımı anlayışla qarşılayacağınıza ümid edirəm, məni qınamayın. Şirkətimizin sektorda lider qalması üçün, 504 nəfər ailə üzvümüzün maddi və mənəvi haqlarının qorunması üçün əlimdən gələni əsirgəmədiyimə qətiyyən şübhəniz olmasın. Sizi çox sevirəm, şəxsim üçün olduqca dəyərlisiz!"


18:35 01.01.2017