KANAL24 ONLINE TV
Az Iw En Ru

Yola saldığımız ildə mədəniyyətimizin itirdikləri

Yola saldığımız il istər ölkəmizdə, istərsə də dünyada baş verən bir çox maraqlı hadisələrlə yadda qaldı. Əldə edilən bir çox uğurlarla yanaşı itkilər də verdik. Bu il Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat sahəsində xeyli itkilərimiz oldu.

Publika.az bu il kimləri itirdiyimizi bir daha yada saldı.

Картинки по запросу Zəlimxan Yaqub

İtkilərimiz yanvardan başladı. İlin ilk ayında uzun sürən xəstəlikdən sonra Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişdi.

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olan şair 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb. Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb. 1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Картинки по запросу Cəlal Əliyev

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat etdi. O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Картинки по запросу İlhamə Quliyeva

İlin ən səs-küylü ölümü İlhamə Quliyevanın dünyasını dəyişməsi oldu. Xalq artistinin ölüm səbəbi uzun müddət müzakirə mövzusuna çevrildi. Kimi xəstəlikdən öldüyünü, kimi də öldürüldüyünü dedi. Ekspertiza rəyi mübahisələri son qoydu. Onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olduğu açıqlandı. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

Картинки по запросу Nəriman Əzimov

Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli dirijor Nəriman Əzimovu da bu il itirdik. O, ömrünün 81-ci ilində dünyasını dəyişib. Uzun sürən xəstəlikdən sonra vəfat edən N.Əzimovun şəkər xəstəliyindən əziyyət çəkirdi. Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Картинки по запросу Ələkbər Kazımovski

Rejissor Ələkbər Kazımovski də bu il dünyasını dəyişdi. Onun ölümü isə xeyli qalmaqal və müzakirələrə səbəb oldu. Səbəb Ələkbər Kazımovski aktrisa Nahidə Orucovanın 55 illik yubileyinin keçirildiyi restoranda ölməsi idi. Müzakirənin səbəbi rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclisin öz axarı ilə davam etməsi oldu.

Meyiti tapılan İTV əməkdaşının atası rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev də bu il dünyasını dəyişdi. Uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən rejissor oğlu R.Əliyevin yanında dəfn olunub. F.Əliyev 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.

Картинки по запросу Fikrət Sadıq

Tanınmış teleaparıcı, yazıçı-publisist Orxan Fikrətoğlu isə atası tanınmış şair Fikrət Sadıq 86 yaşında vəfat edib. F.Sadıq Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunub. Hazırda Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib, Prezidentin fəxri təqaüdçüsü olub.

Картинки по запросу Oqtay Zülfüqarov

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

Картинки по запросу Maqsud İbrahimbəyov

Xalq yazıçısı Maqsud İbrahimbəyov da bu il itirdiklərimiz ziyalılardandır. O, mart ayının 22-də dünyasını dəyişib. İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan mədəniyyətinə daha bir itki Musiqili Teatrın keçmiş baş rejissoru Yusif Əkbərov dünyasını dəyişməsi oldu. Y.Əkbərov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

İtkilər arasında jurnalistlər də oldu. Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru, diktor Bəxtiyar Şərifzadə iş başında dünyasını dəyişib. Axşam saatlarında iş başında qəfildən halı pisləşib. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, ölümə səbəb ürək tutması olub. Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı, Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Lider TV-nin əməkdaşı İlqar Qulusoyu da itirdik. 36 yaşlı jurnalistin həmkarları ilə birgə futbol oynayarkən qəfil ürək tutmasından vəfat etdiyi bildirilir.İlqar Qulusoyun əvvələr də ürəyində problemlər olub.

Картинки по запросу Nizami Süleymanov

İlin ən çox itkilərini dekabr ayında yaşadıq desək yanılmarıq. Maraqlı kəşfləri ilə yadda qalan akademik Nizami Süleymanovu bu ilin dekabr ayında itirdik. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. O, 202 elmi əsərin müəllifidir. N. Süleymanov iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub.

Картинки по запросу Söhrab Tahir

Uzun sürən xəstəlikdən sonra xalq şairi Söhrab Tahir vəfat etdi. Qeyd edək ki, bu ilin mart ayında şairin sağ ayağı, ötən ay isə sol ayağı amputasiya edilmişdi. Xalq şairi İranda doğulsa da, həyatının böyük bir hissəsini Azərbaycanda keçirib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Azərbaycanın tanınmış mütəxəssisi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Çingiz Fərəcovu da dekabrda itirdik. Ç. Fərəcov bir neçə saat öncə ürək tutmasından iş yerində dünyasını dəyişib. O, Milli Məclisin şöbə müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Картинки по запросу İlyas Tapdıq

Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdıq da bu il gözünü əbədi yumdu. 82 yaşlı şair uzun müddətdir ürək ağrılarından əziyyət çəkirdi. Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Dekabr ayı ərzində ən çox itki elm sahəsində oldu. Azərbaycanda informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev 82 yaşında vəfat etdi. A.Mehdiyev Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. Alim 1979-cu ildə “Şərəf Nişanı” və 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycanda fizika sahəsində mühüm xidmətləri olan görkəmli alim, “Şöhrət” ordenli, AMEA-nın həqiqi üzvü Maqsud Əliyev də 92 yaşında dünyasını dəyişdi.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, görkəmli epiqraf Məşədixanım Nemətova dünyasını dəyişdi. 2009-cu ildə Azərbaycanda epiqrafiq irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunan M.Nemətova 2001-ci ildən AMEA-nın müxbir üzvü olub.

Kimya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizovu da dekabrda itirdik.

Tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat etdi.

Elmə verdiyi töhfələrə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.


18:47 31.12.2016