KANAL24.AZ
Az Iw En Ru

Tətil günlərində uşaqlarınızı sevindirin

Nizami Kino Mərkəzi bayram günlərində "Qar Kraliçası: 3 alov və buz" 3d animasiya və "Vikinq" bədii filmlərinin nümayişinə başlayıb.

Rusiya istehsalı olan "Vikinq" filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib. Yaş həddi:18+

Orta əsrlər dövrünün əvvəli ağır qılınc və qan qanunları zamanıdı. Hökmranlıq edən sülalə daxilində parçalanma var. Təsadüfdən ölən qardaşın günahı Böyük Knyazın boynuna qalır. Qanunlara əsasən, ondan intiqamı kiçik qardaş - Bastard almalıdı...

Filmdə baş rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.

Rusiya istehsalı olan "Qar Kraliçası: 3 alov və buz" 3d formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir. Film macəra və ailəvi komediya janrında çəkilib. Yaş həddi: 6+

Bütün xoşagəlməz hadisələrə bulaşmaq artıq bu ailənin ana xəttidir. Qar və və trollar kampaniyasında böyüyənlərdən nə gözləyəsən. Amma böyüdükdən sonra Kay və Gerda daha yüksək həddə qalxırlar - artıq onlar dünya çaplı fəlakətin səbəbkarı olacaqlar...

Baş rollara Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları çəkilib.


03:20 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər