KANAL24.AZ
Az Iw En Ru

Universitetə yeni prorektor təyin olundu

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.


00:10 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər