KANAL24.AZ
Az Iw En Ru

Dindarlığın dərəcələri. İnsanı sevimli edən 3 xüsusiyyət

İnsan xeyir və yaxşılığı sevən ictimai bir varlıqdır. Şərdən və pisliklərdən həmişə qaçmışdır. Fitrətə əsasən, kamala meyil edir. Kamala meyil etməsi o deməkdir ki, insan özünün aciz və ehtiyaclı olduğundan agahdır. Gördüyü hər bir əməldə kamala çatmağa çalışır. Kamala çataraq hər bir nöqsandan uzaq olmaq istəyir. Aqil insanlar bu kamalı Allaha çatmaqdan görürlər.

Allah insanları elə yaratmışdır ki, başqalarından asılı olsun. Yəni, ictimai bir varlıq kimi öz ehtiyaclarını ödəmək üçün başqalarının yardımına möhtacdır və onlarla düzgün rabitə qurmağa ehtiyacı vardır. (Erfan)
Əgər rabitəsi düzgün olarsa, həmin şəxs başqalarının sevgisinə nail olar və onlar tərəfindən sevilər. İnsanın başqaları tərəfindən sevilməsi üçün bir çox fəzilətli sifətlərə malik olması lazımdır ki, onlarla tanış olaq:
İmam Həsən Əsgərinin (ə) nəzərinə görə üç fəzilətli sifət insanı başqalarının yanından sevimli edir. Həzrət (ə) buyurur: "Hər kim dindarlıq və təqvanı, səbir və mülayimliyi, səvaxət və kəraməti həyat proqramı qərar verərsə, dostları çox olar".
1. Dindarlıq və təqva. Ayətullah Cavadi Amuli buyurur: "Təqvanın mənası - saxlamaqdır. Dində isə nəfsi kontrol etmək, vacibatları yerinə yetirib, haramlardan çəkinməkdir. Dindarlıq - təqvanın ən üstün dərəcəsidir. Çünki dindarlıq dedikdə, vacibatları yerinə yetirib, haramları tərk etməklı yanaşı, həm zahirdə və həm də batində məkruhlardan, bəzi mübahlardan çəkinmək də nəzərdə tutulur".
Dindarlığın dərəcələri vardır ki, onun ilk dərəcəsi tövbə əhlinin dindarlığıdır.
Ondan yüksəkdə salehlərin dindarlığıdır. Bu insanlar hər şübhələndiklərindən belə çəkinərlər. Həzrət Peyğəmbər (s) buyurur: "O şey ki, şübhəlidir və halal olması aydın deyildir - tərk edin".
Ondan yüksəkdə təqvalıların dindarlığı yer alır. Bu insanlar nəinki haramdan çəkinir, hətta o halallar ki, insanı şübhəli tərəflərə çəkə bilirlər - onlardan belə çəkinirlər.
2. Səxavət və kəramət. İnsanı başqalarının yanında məhbub edən sifətlərdən biri də səxavət və kəramətdir. Kəramət - ehsanın ən üstün dərəcəsidir. Kəramət sahibi olan insan nəinki günahkarları bağışlayır, bəlkə xatakar insanlara yaxşlıq belə edirlər. Allah tərəfindən nazil olan ilk ayə Allahın kəramətinin naziridir. Çünki Allah ən üstün kərəm sahibidir. İmam Əli (ə) buyurur: "Kəramətli insan nə zaman qüdrət əldə etsə - güzəşt edər, nə zaman mal əldə etsə - bağışlayar. Nə zaman ondan bir şey istənilsə - yerinə yetirər".
3. Səbir və mülayimlik. Mülayimlik - əqli səbirdir. Mülayim insan o kəsə deyirlər ki, ağlı ilə hisslərini elə bir etidal həddə cəm edər ki, hissləri ağlının xidmətində olar. Belə bir insan heç bir işdə tələsməz, ruhu böyükdür və qəzəbini cilovlaya bilir. İmam Həsən Mücətabadan (ə) soruşurlar ki, mülayimlik nədir? Həzrət (ə) buyurur: "Qəzəbi yatızdırmaq və nəfsinə hakim olmaq".


06:48 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər