KANAL24.AZ
Az Iw En Ru

Milli Məclis Astan Şahverdiyevlə bağlı QƏRAR VERDİ

Milli Məclisin İntizam Komissiyasının bu gün iclası olub.

Komissiyanın sədri, deputat Ağacan Abıyev bildirib ki, iclasda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.

A. Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub.

A. Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb: “İclasın son qərarı bu oldu ki, A. Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?"

Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub.


22:43 27.12.2016