KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il.


02:01 27.12.2016
Xəbər lenti
Bütün xəbərlər