KANAL24.AZ
Az Iw En Ru

Astan Şahverdiyev cəzalandırılacaq? - İntizam Komissiyasının sədri DANIŞDI

Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev deputat həmkarı Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərin etiraza səbəb olmasına münasibət bildirib.A.Əbiyev açıqlamasında sözügedən məsələdən yeni xəbər tutduğunu söyləyib:

“Üç gün idi ki, bizim idman yarışımız başlamışdı. Başım bu tədbirə qarışmışdı. Bu məsələdən yeni xəbər tutmuşam. Komissiyanın 9 nəfər üzvü bir araya gəlib, bu məsələyə baxacaq və müvafiq qərar qəbul ediləcək. Əgər ortada fakt varsa və Astan Şahverdiyev doğrudan da soydaşlarımızı təhqir edibsə, şübhəsiz ki, Komissiya tərəfindən bu məsələyə reaksiya veriləcək”.


20:41 26.12.2016