KANAL24.AZ
Az Iw En Ru

Təhsil naziri müəllimlərin yüksək bal toplayaraq işə qəbul oluna bilməməsinə aydınlıq gətirib

"2013-cü ildə müəllimlər üçün keçirilən işə qəbul imtahanında biz cəmi 1240 müəllimi işə qəbul edə bildik. Halbuki bizim ehtiyacımız 2800-3000 arası idi. Nəyə görə? Çünki biz göstərilən balı aşağı salmadıq və bildirdik ki, əgər müəllimlər lazım olan bilik səviyyəsinə malik deyillərsə, onları məktəbə işə götürə bilmərik".

Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, 2016-cı ildə müşahidə edilən trend fərqli olub: "Bu ondan ibarətdir ki, keçid balını keçən müəllimlərin sayı daha çoxdur, nəinki vakansiyaların sayı. Yəni biz bu il 2400-dən çox müəllimi işə qəbul etmişik. Bir neçə yüz müəllimi də işə qəbul edə bilərik. Çünki onlar imtahanda kifayət qədər bal yığıblar. Sual oluna bilər ki, bəs nəyə görə biz onları işə qəbul etmirik. Bunun iki səbəbi var: Birincisi, biz müəllimin əvəzinə iş yeri seçə bilmirik. Müəllim özü iş yerini seçir. Bir çox hallarda bir vakansiyanı keçid balını yığmış iki və ya daha çox müəllim istəyir. Çox vaxt seçim edilərkən mərkəzi yerlərə, yaşayış bölgələrinə yaxın olan məktəblərə üstünlük verilir. Amma təklif edilən vakansiya olan yerlərdən imtina edilir."

M.Cabbarov qeyd edib ki, əgər bizim 3 il bundan əvvəl problemimiz keçid balını yığa bilən müəllimlərin qıtlığı idisə, bu gün bizim problemimiz yaxşı mənada fərqlənir: "Belə ki, keçid balını yığan müəllim, çox güman ki, bu gün məktəbdə fəaliyyət göstərən bir sıra müəllimlərdən daha yüksək biliyə malikdir, amma işləmir.

Artıq diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən, bu gün görürük ki, bizim ən yaxşı müəllimlərimizin səviyyəsi nədir, orta, yaxud aşağı nəticə göstərən müəllimlərin bilik səviyyəsi nə yerdədir."

 


03:33 25.12.2016
Xəbər lenti
Bütün xəbərlər