KANAL24 ONLINE TV
Az Iw En Ru

Azərbaycanla İsveçrə arasında viza almaq asanlaşır

Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir.

Bununla bağlı Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib.

Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil edilib.

Qeyd edək ki, hər iki saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı il oktyabrın 10-da İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşündə imzalanıb. Sazişlər Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.


08:19 15.12.2016