KANAL24.AZ
Az Iw En Ru

“Mən Azərbaycanlıyam”

Kanal24.az xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin Təlim Tədriz Mərkəzində Yeni Yurd Sosial İnkişaf  İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının 13 illiyi ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə Millət vəkili Qənirə Paşayeva, Yeni Yurd təşkilatının sədri Mahirə Əsədova, Türkiyənin Azərbaycandakı səfirinin baş müşaviri Hamid Karadəniz, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Xocalı Soyqrımını Tanıtma İB-nin sədri Şamil Sabiroğlu tədbirin aparıcısı olaraq hər kəsi salamladı və ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi xidmətlərdən danışıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək ümummilli liderin Azərbaycan diasporunun birləşməsi sahəsində gördüyü işlərdən söz açıb və bildirib ki, müstəqil Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların istinad yeridir. Paşayeva müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində Heydər Əliyevin gördüyü işləri diqqətə çatdırıb.

Yeni Yurd təşkilatının sədri Mahirə Əsədova bildirib ki, rəhbərlik etdiyi təşkilat hər zaman ulu öndərlə bağlı tədbirlər həyata keçirib. Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən, Mahirə xanım ölkəmizin dünya miqyasında tanınmasında ulu öndərin əvvəzsiz xidmətləri olduğunu bildirib.

Anım tədbirində çıxış edən şəxslər Azərbaycanın qurucusu, ölkəmizin dünyaya tanıdılması istiqamətində böyük işlər görən Heydər Əliyev siyasətindən danışdılar. Bildirildi ki, ümummilli liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və  digər yüksək insani dəyərləri  ilə unudulmaz iz buraxıb.

Tədbirin sonunda Yeni Yurd təşkilatının maliyyə dəstəyi ilə hazırlanan “Mən Azərbaycanlıyam” filmi nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

 


04:52 15.12.2016
Xəbər lenti
Bütün xəbərlər