Misirin paytaxtında partlayış nəticəsində altı polis ölüb.
Bu barədə BBC xəbər verir.
Həmçinin dörd yerli sakinin yaralandığı barədə məlumat verilib.
Partlayış Gizədə piramidalar kompleksinə gedən Əl-Haram küçəsində baş verib.
İlkin məlumata görə, bomba zibil qabına qoyulub.
Hadisə yeri polis tərəfindən əhatə edilib.
Hələlik hadisəyə görə, heç kəs məsuliyyəti öz üzərinə götürməyib