KANAL24.AZ
Az Iw En Ru

Kemeron avronun çökməsindən danışdı

Vahid Avropa valyutası çökə bilər.

“The Daily Mail” xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir.

“Onun nə qədər dözəcəyini bilmirəm”, - keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zamanı deyib.

Kemeronun fikrincə, avrozonanı gələcəkdə daha çox problem gözləyir. O qeyd edib ki, avro əvvəlcədən planlaşdırıldığı kimi çalışmır.

“Bütün avrozona ölkələrində vahid valyuta var, amma vahid vergi və maliyyə sistemi yoxdur. Bu, böyük çətinliklər yaradır”, – sabiq baş nazir deyib. 


23:59 09.12.2016