Hamburqda Azərbaycan xarici işlər nziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Eduard Nalbandyan arasında görüş baş tutub.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan özünün “Twitter” hesabında məlumat yayıb.
Dekabrın 8-də axşam keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.