KANAL24.AZ
Az Iw En Ru

Tevez: "Çində oynamaq variantını nəzərdən keçirirəm"

"Boca Juniors"un hücumçusu Karlos Tevez yenidən karyerasını başa vurmaq ehtimalını gündəmə gətirib.

Goal.az xəbər verir ki, təcrübəli forvard iki variant üzərində düşündüyünü bildirib. Argentinalı oyunçu "Shanghai Shenhua" ciddi maraq göstərir və ona illik 40 milyon avro məvacib ödəməyə hazırdır.

"İndi komandamın növbəti oyunu haqqında düşünürəm. Beynimdə xeyli fikirlər dolaşır. 2017-ci ildə Çində oynamaq variantını nəzərdən keçirirəm. Başqa variant da var: karyeramı başa vura bilərəm. Özümü yorğun hiss edirəm və özüm, ailəm, klubum üçün ən düzgün qərarı verməliyəm".


19:59 09.12.2016