KANAL24.AZ
Az Iw En Ru

Orta aylıq pensiya 203 manat olacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi davam edir.

İclasda çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, fondun büdcədən asılılığı ilbəil azalır.

Komitə sədri sədri qeyd edib ki, 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4%-ə düşüb: "Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir. Gələn il DSMF 2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-ci illə illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 mln. 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq".

H.Rəcəbli vurğulayıb ki, bu il nəzərdə tutulan müsbət bir dəyişiklik pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövlükdə indeksasiya olunmasıdır. Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər:
"Debitor borclarla aparılan işlər yaxşılaşdırılmalıdır. Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var".


18:58 09.12.2016