KANAL24.AZ
Az Iw En Ru

Gömrükdə güldanların içindən 24 minə yaxın siqaret çıxdı (FOTO)

Gömrükdə xeyli sayda aksiz markası olmayan siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə birlikdə piyada gələn 3 nəfər Azərbaycan vətəndaşının gətirdiyi 5 ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Baxış zamanı 5 ədəd bağlamada 20 ədəd güldanın içərisindən gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmayan 23800 ədəd “Manchester” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

18:43 09.12.2016