KANAL24.AZ
Az Iw En Ru

Milli Məclis hökumətə vaxt verdi

Milli Məclisin bu gün keçirilən plenar iclası başa çatıb.

İclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.

Büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib. Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Həmin günü büdcə zərfinin təsdiqlənməsi gözlənilir.


21:25 08.12.2016
Xəbər lenti
Bütün xəbərlər