KANAL24.AZ
Az Iw En Ru

Diş daşlarından azad olun

Qəhvə və siqareti çox qəbul edən insanlarda diş minaları tünd sarı olur.

Diş minalarında yaranan sarı daha sonra diş daşına çevrilir. Dişdə yaranan daşlar diş çürümələrinə və diş itkisinə səbəb ola bilir. Evdə hazırlayacağınız təbii qarışıqlarla diş daşlarınızı yox etmək artıq mümkündür.

Diş fırçanızı alma sirkəsinə batırıb dişlərinizi fırçalayın, daha sonra su ilə yaxalayın. 

Ev şəraitində bir neçə təbii vasitədən diş daşlarını tökmək üçün qarışıq hazırlaya bilərsiniz. Belə ki, 2 xörək qaşığı limon suyu, yarım litir su və 2 xörək qaşığı duru yağı qarışdırın.Daha sonra alüminium qabın içərisinə qoyun və bir saat qaynadın. Bu qarışıqla ayda 5 dəfə dişlərinizi fırçalayın.


16:07 08.12.2016