KANAL24.AZ
Az Iw En Ru

Prezident kuboku uğrunda yarış keçirilib

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, “EL-1” İdman Federasiyasının və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin birgə təşkilatçılığı ilə idmanın EL-1 karate növü üzrə beynəlxalq Prezident kuboku yarışı (Qran-pri) keçirilib.

Prezident İlham Əliyevin ad günü ilə əlaqədar təşkil olunan yarışda Azərbaycan, Hindistan, Macarıstan, Rusiya, Gürcüstan, Ukraynanın tanınmış idmançıları iştirak edib.

Turniri “EL-1”İdman Federasiyasının rəhbəri,tanınmış idmançı Elçin Çobanzadə açıb. Azərbaycanın Dövlət Himni səslənib.Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycanı təmsil edən “Gömrük” İdman Klubunun yetirməsi, ikiqat dünya,dəfələrlə Avropa çempionu Emin Cəfərov qalib gəlib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, “El 1” Federasiyasının Prezidenti Elçin Çobanzadə, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova qaliblərə Kubok və qiymətli hədiyyələri təqdim ediblər. Yarış “İdman Azərbaycan” Tele-kanalı vasitəsilə birbaşa yayımlanıb.


Müəllif: Şamilə Şamilqızı
00:04 26.12.2014
Xəbər lenti
Bütün xəbərlər