KANAL24.AZ
Az Iw En Ru

“Biz narkomanlığa qalib gələcəyik”

Oktyabrın 10-da Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Təfəkkür” Universitetində “Biz narkomanlığa qalib gələcəyik” mövzusunda tədbir keçirilib.

Kanal24.az xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, tələbə və müəllim heyəti, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçiləri, səhiyyə işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri İradə Mahmudova ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil almaları və onların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. O, narkotiklərdən istifadə edilməsinin milli mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıb və gəncləri, həmçinin bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa səsləyib.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən İ.Mahmudova ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, respublikamızda bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Digər çıxış edənlər də narkomaniyanın cəmiyyət üçün ciddi təhlükəyə çevrildiyini, gəncləri bu bəladan çəkinməyə çağırıblar. Çıxışlarda, həmçinin belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılıb, narkomaniya və onun fəsadları haqqında ətraflı məlumat verilib.


01:33 11.10.2014
Xəbər lenti
Bütün xəbərlər