KANAL24.AZ
Az Iw En Ru

Dövlət Miqrasiya Xidməti Salyan və Neftçalada “Açıq qapı günü” keçirib

 Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisi olan Salyan və Neftçala rayonlarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub.

“Açıq qapı günü” “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Sərəncamının 2.2-ci bəndinin və Dövlət Miqrasiya Xidməti tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı 2016-cı il üzrə Dövlət Miqrasiya Xidmətinin illik iş planı”nın icrası çərçivəsində keçirilib.

Tədbirlərdə diqqətə çatdırılıb ki, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti də bu prinsiplərdən irəli gələrək belə forumların, görüşlərin təşkilini davam etdirir.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində də bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. 

“Açıq qapı günü”ndə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin bəzi hissələrinin qısa şərhi verilib. Məcəllədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, onları qəbul edən tərəfin və yaxud icazəsiz olaraq haqqı ödənilən əmək fəaliyyətinə cəlb edən hüquqi və ya fiziki şəxslərin törətdiyi inzibati qanun pozuntusuna görə yaranmış məsuliyyətin hüdudlarının konkretləşdirildiyi bildirilib. Bu barədə izahedici söhbət aparılıb.

Sonra “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlərin istifadə qaydaları”nın əyani təqdimatı keçirilib. 

 


02:25 25.11.2016
Xəbər lenti
Bütün xəbərlər