KANAL24.AZ
Az Iw En Ru

4 yaşlı uşağın mədəsindən qəpik çıxdı

Paytaxtda 4 yaşlı uşağın mədəsindən qəpik çıxıb.Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl RMDM-ə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin olması təsdiq edilib. Nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.


20:10 21.11.2016