KANAL24.AZ
Az Iw En Ru

1meymuna görə 16 ölü

Liviyada meymun silahlı insidentə səbəb olub.Məlumata görə,Sabxa şəhərində artıq 4 gündür Kaddadfa və Süleyman Adval klanı arasında toqquşma davam edir. Belə ki, Kaddadfa klanından olan dükançıya məxsus meymun mağazanın yanından keçən məktəblilərə hücum edib. Bu zaman Avlad Süleyman klanına aid məktəbli qızın baş geyimi yerə düşüb.

Qızın qohumları düşmən ailəsinin üç nümayəndəsini və meymunu öldürüblər. İnsident nəticəsində 16 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı deyilir.

Yerli sakinlərin sözlərinə görə, bir neçə gündür şəhərdə döyüşlər gedir və hər iki tərəf minaatanlardan və digər ağır silahlardan istifadə etməyə başlayıb.

Qeyd edək ki, adıçəkilən hər iki klan böyük nüfuza malikdir və regionda ən güclü silahlı qruplaşmalardır. Sabxa şəhəri isə silah qaçaqmalçılığının mərkəzi hesab edilir. Müəmmər Qəddafinin devrilməsindən sonra şəhərdə daima iğtişaşlar baş verir.


19:55 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər