KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın inkişafının qarşısını ala bilməyəcəklər

Türkiyə və Azərbaycan əkiz qardaşdır. Bunu Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, bütün türk dünyası bir ailədir və qardaşdır: "Amma Türkiyə və Azərbaycan əkiz qardaşdır".

Türkiyədə 15 iyulda hərbi çevriliş cəhdindən danışan baş müşavir deyib ki, çevrilişin baş tutması bölgədəki bütün ölkələrə mənfi təsir edə bilərdi.

Y.Topçu bildirib ki, BMT və digər beynəxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq edir: "Xocalı soyqırımına, 1 milyondan çox qaçqın və məcburi köçkünə baxmayaraq, onlar susurlar. Çünki bilirlər ki, Azərbaycan torpaqları işğaldan azad olsa, ölkənin inkişafının qarşısında dayanmaq olmayacaq. Buna görə də Azərbaycanı Dağlıq Qarabağ məsələsi ilə məşğul edirlər".

Onun sözlərinə görə, eyni zamanda Türkiyənin inkişafını istəməyənlər Ankaranı Kipr, terror və digər məsələlərlə məşğul etməyə çalışırlar


19:10 21.11.2016