KANAL24.AZ
Az Iw En Ru

Putin danışdı, neft bahalaşdı

Rusiya Prezidenti Vladimir Putin OPEC-in noyabr ayının sonuna doğru razılığa gəlməməsi üçün bir səbəb olamdığını və Rusiyanın neft hasilatını mövcud səviyyələrdə dondurmağa maraqlı olduğunu bəyan edib.

Putin bunu Lima-da keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq zirvəsində bildirib:

“Bir razılaşma olar, yoxsa olmaz? 100 faiz deyə bilmərəm, amma güclü bir ehtimaldır. OPEC daxilindəki fikir ayrılıqları həll olunmasa da aradan qaldırıla bilər. Bizim neftin hasilat səviyyəsini mövcud səviyyələrdə dondurmamağımız üçün bir səbəb yoxdur”.

Yeri gəlmişkən, Putinin açıqlaması neftin bahalaşmasını sürətləndirib. Brent nefti 1,3% bahalaşma ilə 47,48 dollara çıxıb.


18:56 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər