KANAL24.AZ
Az Iw En Ru

Suriyalı terrorçuların zəhərli maddələrdən istifadəsi sübut olundu

 Rusiya hərbçiləri suriyalı terrorçular tərəfindən zəhərləyici maddələrdən istifadə edildiyini sübuta yetiriblər.

TASS-ın  verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

O deyib: “Hələbin cənub-qərb ətrafındakı 1070 məhəlləsində Rusiya Müdafiə Nazirliyinin ekspertləri tərəfindən götürülmüş nümunələrin (mina, bomba düşməsi nəticəsində açılmış dəlikdəki qrunt, minaların düşdüyü yerlərdən fraqmentlər) ekspress-identifikasiyası həyata keçirilib, nəticədə sursatların doldurulmasında xlor və ağ fosfordan istifadə edildiyi təsdiqlənib.

Bundan başqa, terrorçular tərəfindən kimyəvi silah tətbiqindən zərər çəkmiş dörd suriyalıdan Rusiya Federasiyası ərazisində xüsusi laboratoriyada dərin analiz aparmaq üçün bionümunə götürülüb.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, bioloji və kimyəvi müdafiə qoşunları elmi mərkəzinin mütəxəssisləri Hələbdə terrorçular tərəfindən kimyəvi silah tətbiqi sübutlarının toplanılması üzrə işə davam edirlər."

 


18:25 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər