KANAL24.AZ
Az Iw En Ru

Dəhşətli qəzada ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəzada ölən və yaralıların kimlikləri məlum olub.Ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur.

Goranboy rayon mərkəzi xəstəxanaya yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A. Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, noyabr ayının 21-də saat 01.30 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “Kamaz” yolun hərəkət hissəsində dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza zamanı minik avtomobili yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 


16:14 21.11.2016